Erməni deputat: "Fərəc Quliyev bizi söyür"

31 Oktyabr 2017 14:44

"Demokratiya və iqtisadi inkişaf naminə Şərq tərəfdaşlığı platformasında əməkdaşlıq vacibdir. Amma üzv dövlətlərdən birinin, digərinin ərazisini işğal etməsi buna, təbii ki, mane olur. Rusiyanın tapşırığı ilə Ermənistan münaqişəni uzatmaq, indiki status-kvonu saxlamaq istəyir. Azərbaycan isə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT qətnamələri əsasında nizamlanmasını arzulayır. Amma Ermənistan 4 məlum BMT qətnamələri və digər çağırışlara əməl etmir, Rusiyaya arxalanaraq beynəlxalq hüquqa meydan oxuyur".

Milli.Az xəbər verir ki, bunu Avronest Parlament Assambleyasının "Siyasi məsələlər, insan hüquqları və demokratiya" komitəsinin Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Fərəc Quliyev deyib.

Ermənilər girov götürdüyü azərbaycanlı qadınları qul kimi işlədir - Avropadan tələb FOTO


 

Millət vəkilinin sözlərinə görə, Ermənistanın bu əməlləri onun beynəlxalq təşkilatlar qarşısında götürdüyü və müvafiq hüquqi sənədlərdən irəli gələn öhdəliklərə ziddir: "Şərq tərəfdaşlığı platformasında üzv dövlətlərin uğurlu qarşılıqlı fəaliyyətinə, ümumi təhlükəsizlik məkanının yaradılmasına, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə nail olmaq üçün Rusiyanın əli ilə Azərbaycan, Gürcüstan, Ukranya, Moldova ərazilərində yaradılmış münaqişələr həll edilməli, işğalçılar işğal etdikləri ərazilərdən çıxarılmalıdır. Müsbət nəticələrə nail olmaq üçün məsələlərə kompleks baxılmalı, vəziyyəti dəyişmək üçün onu pisləşdirən səbəblər aradan qaldırılmalıdır. İlk növbədə, Avronestin sənədlərində işğalçı Rusiyanın Gürcüstan, Ukrayna və Moldovadan, işğalçı Ermənistanın isə Azərbaycan ərazilərindən dərhal çıxması tələb olunmalıdır".

Onun bu çıxışından sonra Ermənistan nümayəndə heyətinin rəhbəri Armen Aşotyan fasilə zamanı Azərbaycan nümayəndə heyətinin digər üzvü, millət vəkili Rövşən Rzayevə yaxınlaşaraq "Fərəc Quliyev bizi söyür," - deyə şikayət edib.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində