Ermənilər müharibədən qorxur - Onda niyə bunu qəsdən edirlər?

25 İyul 2017 08:00

"Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini təkcə işğal olunmuş torpaqlardan deyil, həm də birbaşa Ermənistandan intensiv atəşə tutması əbəs yerə deyil. Bu, Azərbaycan prezidenti İlham Əliyevin iyulun 21-də Rusiyaya işgüzar səfəri çərçivəsində Soçidə prezident Vladimir Putinlə görüşü fonunda hərbi təxribatların güclənməsi deməkdir. Ermənilər bunu qəsdən və məqsədyönlü şəkildə edirlər".

Bunu Milli.Az-a açıqlamasında politoloq, professor Fikrət Sadıxov deyib.

Erməni təxribatının qarşısı alındı: düşmənin atəş nöqtələri susduruldu

Politoloqun fikrincə, ermənilərin məqsədi danışıqlardan yayınmaqdır: "Onlar birinci dəfə deyil ki, bu cür təxribatları törədirlər. Onlar bunu  hər dəfə ya dövlət başçılarının görüşləri, ya danışıqlar ərəfəsində, ya da yüksək səviyyəli sammitlərin keçirildiyi vaxt edilər. Ermənilər bu təxribatları o məqsədlə törədirlər ki, dünyaya xəbər yaysınlar ki, baxın görüşlər olur, danışıqlar planlaşdırılır, amma guya Azərbaycan Ermənistana güc nümayiş etdirir və guya danışıqlar prosesindən yayınır. Onlar dünyaya sübut etmək istəyirlər ki, Azərbaycan duya danışıqlar prosesinin tərəfdarı deyil. Bununla onlar yenə də dünya ictimaiyyətini aldatmaq və yenə də danışıqlardan yayınıb mövcud status-kvonu saxlamağa çalışırlar. Məncə ermənilərin bu oyunlarının hədəfi məhz buna dəlalət edir".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində