Yazıçı Rövşən Abdullaoğlunun "Relslər üzərinə uzanmış adam" romanı cəmi 2 həftədir ki, nəşr olunmasına baxmayaraq, artıq bestsellerə çevrilib.
Milli.Az xəbər verir ki, roman oxucular tərəfindən qısa müddətdə o qədər maraqla qarşılanıb ki, artıq ilk tirajın nüsxələri satışda bitib.
Bestseller müəllifindən yeni psixoloji roman - RELSLƏR ÜZƏRİNƏ UZANMIŞ ADAM - FOTO
Rövşən Abdullaoğlunun yeni "Relslər üzərinə uzanmış adam" psixoloji romanı martın 13-də işıq üzü görüb. Lakin kitabın çap edildiyi "Qədim Qala" nəşriyyat evindən Milli.Az-a verilən verilən məlumata görə, mart ayının sonlarına doğru birinci tirajda çap edilən kitablar artıq bitib. Hazırda nəşriyyat evi kitabın təkrar nəşrinə hazırlaşır.
Qeyd edək ki, yeni roman 15 gün bundan əvvəl satışa verilməsinə baxmayaraq, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin təqdim etdiyi "mart ayının ən çox satılan kitabları" siyahısında satış birincisi olub.
Bu il Azərbaycanda ən çox hansı kitablar satılıb? - SİYAHI
Xatırladaq ki, ixtisasca şərqşünas-filosof, psixoloq olan Rövşən Abdullaoğlu 23 kitab müəllifidir. Onun "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı ötən il Azərbaycanda ən çox satılan kitab olub. Müəllifin kitabları adətən 4-5, "Bu şəhərdə kimsə yoxdur" romanı isə hətta 10-cu dəfə təkrar nəşr edilib.
Zərif Nisə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində