Mətbəx sirləri: "İzabella" salatı
30 Yanvar 2014 07:00
Milli.Az "İzabella" salatının hazırlanma qaydasını təqdim edir
Tərkibi:
2 hisə verilmiş toyuq budu
5 yumurta
500 q şampinyon
2 baş soğan
3 duzlu xiyar
koreya üsulu yerkökü
Yumurtaları bişirib soyudun, xırda doğrayın.
Göbələk və soğanı xırda doğrayın, ayrı-ayrılıqda bitki yağında qovurun.
Aralarına mayonez çəkməklə lay-lay düzün:
hisə verilmiş toyuq əti + göbələk + soğan + yumurta + duzlu xiyar + koreya üsulu yerkökü
Bu salatı adətən izabella sortundan olan üzüm və bir budaq şüyüdlə bəzəyirlər (elə adı da buradan götürülüb). Amma üzüm yoxdursa, onu qara zeytunla əvəzləyə bilərsiniz.
Nuş olsun!
Resept və foto: vk.com/feed
Milli.Az