Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

22 Noyabr 2013 13:56
22.11.2013
13:56

ABŞ-ın Yuta ştatının senatoru Cin Deyvis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ölkənizin vətəndaşları səsvermə hüququnu həyata keçirməklə demokratiyaya uzunmüddətli sadiqlik nümayiş etdirdilər və yenidən Sizin liderliyinizə etimad göstərdilər.

ABŞ vətəndaşı və Yuta ştatının senatoru kimi mən Birləşmiş Ştatlar ilə Azərbaycan arasında yaranmış uzunmüddətli konstruktiv tərəfdaşlığı yüksək qiymətləndirirəm. Ölkələrimiz dünyada sülh və tərəqqi naminə birlikdə terrorizmlə mübarizə, siyasi münaqişələrin həlli, enerji təhlükəsizliyi, iqtisadi sabitliyin təmini istiqamətində birgə çalışırlar və çalışacaqlar.

Demokratiya ideallarına sadiqliyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Regionda və regionun hüdudlarından kənardakı çoxsaylı ölkələrdə Sizin yüksək nüfuzunuz vardır. Hər zaman dəyişən qlobal çağırışlarla üzləşdiyimizdən ABŞ-ın bəxti gətirmişdir ki, belə bir nüfuzlu müttəfiqi vardır.

Prezidentliyinizin növbəti dövründə də Sizə böyük uğurlar arzu edirəm".

----------------
21.11.2013

13:29

Honduras Respublikasının Prezidenti Porfirio Lobo Sosa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz xalqınızın Sizin müdrik siyasətinizə inamının sübutudur. Seçkilərdə inamlı qələbəniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, Azərbaycan ilə Honduras arasında əlaqələrin inkişafı, Asiya ilə Avropanın qovuşduğu strateji məkanda yerləşən ölkənizin beynəlxalq siyasətdə oynadığı layiqli rol bizi olduqca məmnun edir.

Əminəm ki, münasibətlərimiz daha da inkişaf edəcəkdir. Fürsətdən istifadə edərək, Zati-alinizə uğurlar, Azərbaycan Respublikasına tərəqqi və rifah diləyirəm".

X X X

Monqolustan Respublikasının Prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, cənab Prezident,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi Sizə çatdırım.

Əminəm ki, Monqolustan ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətləri bizim birgə səylərimizlə bundan sonra da güclənəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə rifah diləyirəm".

----------------
20.11.2013

18:59

Lüksemburq Böyük Hersoqluğunun baş naziri Jan-Klod Yunker Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Lüksemburq Böyük Hersoqluğu hökumətinin adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

X X X

Bolqarıstan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini, Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində müşahidəçi Mariya Musorliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edirəm.

Sizə möhkəm cansağlığı, gözəl ölkənizə isə uğurlar və sabit inkişaf diləyirəm.

Mən Azərbaycanda prezident seçkilərini müşahidə etmişəm. Seçkilərin yüksək səviyyədə təşkil edildiyini və şəffaf şəraitdə keçirildiyini bildirməkdən çox məmnunam. Hələ indiyədək heç bir ölkədə seçkiyə bu qədər məsuliyyətli münasibətlə qarşılaşmamışam.

Sizə ali dövləti vəzifənizdə uğurlar, Azərbaycan xalqına rifah diləyirəm".

----------------
19.11.2013
19:07


Nobel Davamlı İnkişaf Fondunun sədri və qəyyumu Qustaf Nobel, Nobel Davamlı İnkişaf Fondunun sədr müavini Piter Nobel, Bakı Nobel İrsi Fondunun sədri Toğrul Bağırov, Beynəlxalq Nobel Qardaşlıq Fondunun təsisçisi və prezidenti Filip Nobel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik ediblər.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Bütün Nobel ailəsinin adından Sizə uğurlar diləyirik.

Zati-aliləri, Sizin güclü rəhbərliyiniz, Azərbaycanı demokratiyaya və inkişafa doğru irəlilətmək səyləriniz yüksək qiymətləndirilməlidir. Dünya ictimaiyyəti, liderlər, xalqlar Azərbaycan, onun şanlı keçmişi və Sizin ali rəhbərliyinizlə möhtəşəm gələcəyi haqqında daha çox məlumatlı olmalıdır. Bütün bunlarla yanaşı, Azərbaycanda həyata keçirilən Nobel layihələrinə göstərdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirik".

---------
16:38


BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən şərəf duyuram.

Azərbaycanda məcburi köçkünlər üçün həll yolunun tapılması, sığınacaq və qaçqın proseduralarının bundan sonra da yüksək Avropa standartlarına uyğun inkişafı üçün Sizin rəhbərliyiniz altında Hökumətiniz ilə təşkilatımız arasında əməkdaşlığın daha da gücləndirilməsinə böyük ümid bəsləyirəm.

Fürsətdən istifadə edərək, Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında 20 ildən çox davam edən əməkdaşlıq və tərəfdaşlıq üçün Sizə dərin minnətdarlığımı bildirmək istərdim.

Zati-aliləri, xahiş edirəm yüksək hörmət və ehtiramımı qəbul edin".

-----------------
18.11.2013
20:33


Belarusun "Azərbaycan İcmaları Konqresi"nin sədri Natiq Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Belarusun "Azərbaycan İcmaları Konqresi", Belarusda yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Seçkilərdə parlaq qələbəniz ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasətinin Sizin tərəfinizdən müvəffəqiyyətlə davam etdirilməsinə xalqımızın inamının bariz göstəricisidir.
Sizin liderliyiniz sayəsində tarixi Vətənimizin sözün əsl mənasında çiçəklənməsi, yüksək templərlə inkişaf etməsi təkcə Azərbaycan diasporunu deyil, bütün dünyanı valeh edir.

Fürsətdən istifadə edərək, ali dövləti vəzifənizdə Sizə böyük uğurlar diləyir, möhkəm cansağlığı və səadət arzu edirik.

Möhtərəm cənab Prezident, Sizi əmin edirik ki, biz həmişə Sizin tərəfinizdə olacaq, bütün fəaliyyətinizi dəstəkləyərək, xalqımızı xaricdə layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik".

----------
18:44


"Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Primorsk diyarı üzrə regional bölməsinin sədri Mərdan Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə "Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Primorsk diyarı üzrə regional bölməsi adından və bu diyarda yaşayan bütün azərbaycanlılar adından ən səmimi təbriklərimizi qəbul edin.

Rusiyanın Primorsk diyarında yaşayan bütün azərbaycanlıların hər biri bu xoş xəbəri böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladı. Sizin uzaqgörənliyiniz, müdrikliyiniz və daimi səyləriniz sayəsində doğma Azərbaycanımız yeni əsrin əvvəlindən başlayaraq hər il yeni-yeni zirvələr fəth edir. Azərbaycan Respublikasının iqtisadiyyatda, sosial sahədə, beynəlxalq arenada qazandığı sanballı uğurlar və gözəl nailiyyətlər dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir.

Bizim hər birimiz tarixi Vətənimizin uğurları ilə fəxr edirik. Azərbaycanda həyatın bütün sahələrində aparılan islahatlar Sizin şəksiz rəhbər istedadınız, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi inkişaf xəttinin davamçısı kimi səyləriniz sayəsində mümkün olmuşdur.

Sizin ölkəmizə, xalqımıza sevginiz, uzaqgörənliyiniz, əzmkarlığınız Azərbaycanın sürətlə inkişaf etməsinə, azərbaycanlılar yaşayan ölkələrlə münasibətlərin daha da möhkəmlənməsinə və genişlənməsinə təkan vermişdir.

Ölkəmizin möhtəşəm tərəqqisi onun hüdudlarından uzaqlarda da məlumdur. Həqiqətən Cənubi Qafqazın incisi olan Azərbaycanın nailiyyətləri dünyanın böyük dövlətləri tərəfindən etiraf edilir və qiymətləndirilir.

Sizin liderlik istedadınız və təcrübəniz bundan sonra da Azərbaycanın inkişafının və xalqımızın firavanlığının rəhni olacaqdır.

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edir, Sizə möhkəm cansağlığı, bol-bol sevinc, tükənməz enerji, doğma Azərbaycanın rifahı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə daim uğurlar arzulayırıq".

X X X

"Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Kostroma regional bölməsinin sədri İbadulla Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik.
Bu, Azərbaycanın tarixində parlaq və əlamətdar hadisədir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyasını Sizin uğurla davam etdirməyiniz sayəsində Azərbaycan sosial-iqtisadi, mədəni, intellektual, idman sahələrində və digər sahələrdə çox mühüm uğurlar əldə etmişdir.

Azərbaycanın konstruktiv, uzaqgörən siyasətini bütün dünyada yüksək qiymətləndirir və buna ehtiramla yanaşırlar.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq və sülh arzulayırıq!"

X X X

"Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Bu ali dövləti vəzifəyə növbəti dəfə seçilməyiniz Azərbaycan xalqının Sizə yüksək etimadının göstəricisidir. Əminik ki, Sizin rəhbərliyinizlə növbəti beş il də Vətənimizin tarixinə yüksəliş illəri kimi daxil olacaqdır.

İnanırıq ki, Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan-Rusiya dostluğu daha da möhkəmlənəcəkdir. Ulyanovsk vilayətində yaşayan azərbaycanlılar bu dostluğun möhkəmlənməsində mühüm rol oynamışlar. Sizi əmin etmək istəyirik ki, biz bundan sonra da bu sahədə əlimizdən gələni etməyə hazırıq.

Sizə möhkəm cansağlığı, tükənməz enerji və bütün işlərinizdə uğurlar arzulayırıq".

X X X

"Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Stavropol diyarı üzrə regional bölməsinin sədri, Stavropolda azərbaycanlıların "Odlar yurdu" diaspor təşkilatının prezidenti Fəxrəddin Yarıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

"Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Stavropol diyarı üzrə regional bölməsinin üzvləri adından Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirik.

Siz postsovet məkanında yeni siyasi və iqtisadi şəraitdə əsaslı dəyişikliklərə, müstəqil ölkələr arasında prinsipcə yeni əlaqələr yaradılmasına nail olmusunuz. Geosiyasi proseslərin mərkəzində olan Azərbaycan inkişafın və sabitliyin nadir modelini yaratmışdır.

İqtisadi sahədə keçid mərhələsini uğurla başa çatdıran Azərbaycanda rifah yüksəlmiş, cəmiyyətdə gələcəyə möhkəm inam formalaşmışdır.

Sənaye sürətlə inkişaf edir. Ölkəyə xarici kapital axını artır. Rəqabətin güclənməsi Azərbaycanda həyatın keyfiyyətcə yeni səviyyəyə qalxmasına imkan yaratmışdır. İri iqtisadi layihələri reallaşdırmaq mümkün olmuşdur.

Ölkənin inkişafının əsasını müdrik rəhbərlik təşkil edir. Stavropol diyarında yaşayan azərbaycanlılar, cənab Prezident, Sizin fəaliyyət xəttinizi bütünlüklə bəyənir və dəstəkləyirlər.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, qafqazlılara xas olan uzun ömür, Vətənimizin rifahı naminə yaradıcılıq uğurları, doğma Azərbaycana sülh və firavanlıq arzulayırıq".

X X X

"Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Həştərxan azərbaycanlıları səmimi qəlbdən təbrik edirlər.

Sizin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, xüsusən Həştərxan vilayəti arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizi, habelə Azərbaycan dövlətinin diaspora göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiririk.

Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, doğma Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq".

X X X

"Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Volqoqrad regional bölməsinin idarə heyəti şurasının sədri Teymur Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi "Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Volqoqrad regional bölməsi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar hadisə Azərbaycan xalqının Sizə yüksək etimadının inandırıcı təsdiqi, tarixi Vətənimizin hərtərəfli inkişafı naminə Sizin yüksək uğurlarınızın nəticəsidir. Səsvermənin yekunlarına əsasən çox böyük fərqlə başqa namizədlərdən irəli çıxmağınız Sizin yürütdüyünüz Azərbaycan cəmiyyətinin müstəqil və davamlı irəliləyişinə yönəlmiş sabit və aydın kursun bütün xalq tərəfindən bəyənildiyini göstərir. Azərbaycan xalqının ümummilli liderinin yürütdüyü və Sizin ləyaqətlə davam etdirdiyiniz müdrik siyasət sayəsində həm Azərbaycan vətəndaşlarının, həm də respublikanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların həyat şəraiti yaxşılaşır. Əminəm ki, Siz ali dövləti vəzifənizdə bundan sonra da Rusiya və Azərbaycan xalqları arasında dostluq və mehriban qonşuluq münasibətlərini daha da dərinləşməsinə və genişlənməsinə şərait yaradacaqsınız.

Sizə uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar, xalqımıza sülh və firavanlıq arzulayıram".

X X X

"Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Mordva Respublikası üzrə regional bölməsinin sədri Arzu Duvayarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi "Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Mordva Respublikası üzrə regional bölməsinin əslən Azərbaycandan olan bütün üzvləri adından, Azərbaycanın dostları adından səmimi qəlbdən təbrik edirik.

Azərbaycan xalqına və şəxsən Sizə firavanlıq, xoşbəxtlik və cansağlığı arzulayırıq. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq telləri bağlayır. Əminik ki, Siz Rusiya və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanın, mədəni, humanitar və iqtisadi əlaqələrin möhkəmlənməsi üçün bu dostluq münasibətlərini davam etdirəcəksiniz".

X X X

Rusiyanın Sankt-Peterburq şəhərindəki "Azərbaycanın Dostları Cəmiyyəti" Regional İctimai Təşkilatının sədri İdris Qəhrəmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın Sankt-Peterburq şəhərindəki "Azərbaycanın Dostları Cəmiyyəti" Regional İctimai Təşkilatının adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Tarixi Vətənimizin hüdudlarından kənarda yaşayan azərbaycanlılar müdrik siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işinin yorulmaz davamçısı kimi Sizin müstəsna xidmətlərinizi yüksək qiymətləndirirlər.

Biz öz tariximizi unutmuruq, onunla fəxr edirik, bu tarixi öz uşaqlarımıza da öyrədirik.

Əminik ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi üçün Sizin daim yürütdüyünüz müdrik siyasət azərbaycanlıların öz tarixi Vətəni ilə mədəni əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəkdir.

Azərbaycanımızın, xalqımızın, bütün dünya azərbaycanlılarının xoşbəxtliyi və firavanlığı naminə fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı və uzun ömür arzu edirik".

X X X

Rusiya Federasiyası Federal Şurasının Dövlət Dumasının deputatı, Beynəlxalq Sülh Fondları Assosiasiyasının prezidenti, şahmat üzrə dəfələrlə dünya çempionu Anatoli Karpov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin bu qələbəniz ölkənin sosial-iqtisadi inkişafına verdiyiniz töhfələrin və yüksək siyasi nüfuzunuzun təsdiqidir.

Mən Sizi ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafının və möhkəmlənməsinin əqidəli tərəfdarı kimi tanıyıram. Əminəm ki, iqtisadiyyat, mədəniyyət, idman sahələrində bundan sonra da birgə işləyəcəyik.

Hörmətli cənab Prezident, Sizə və xalqınıza ölkənin inkişafı naminə səylərinizdə böyük uğurlar, möhkəm cansağlığı arzu edirəm".

----------
15:54

"Tolyatti Azərbaycanlılar İttifaqı"nın sədri Qurbanəli Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Rusiyanın Tolyatti şəhərində yaşayan bütün Azərbaycan diasporu adından Sizi təbrik edək. Biz Azərbaycan xalqının seçimi ilə fəxr edirik.

Əminik ki, müstəqil Azərbaycan əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf və tərəqqi kursunu Sizin müdrik rəhbərliyinizlə davam etdirəcək, dünyanın inkişaf etmiş qabaqcıl ölkələrindən birinə çevriləcəkdir.

Biz - Azərbaycan diasporunun üzvləri doğma Vətənimizin uğurlarının, Sizin müdrik siyasətinizin bəhrələrinin Rusiyanın Samara regionunda fəal təbliğatçılarıyıq.

Biz fəxr edirik ki, Vətənimiz gözəl Azərbaycandır!!!"

X X X

"Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Smolensk regional bölməsinin sədri Rasim Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edirəm. Ölkəmizin daha da inkişaf etməsinə, vətəndaşların həyatının daha firavan olmasına şərait yaradan taleyüklü qərarlar qəbul etməyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqının rifahının yüksəlməsi işində planlarınızın və təşəbbüslərinizin uğurla həyata keçməsini, dövlətlər arasında dostluq əlaqələrinin möhkəmlənməsi sahəsində səylərinizin real nəticələr verməsini diləyirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm".

X X X

Rusiyanın Novosibirsk şəhərində Heydər Əliyev adına Beynəlxalq Azərbaycanlılar Forumunun icraçı direktoru A.Musayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Biz, Sibirdə yaşayan və Heydər Əliyev adına Beynəlxalq Azərbaycanlılar Forumu ətrafında birləşmiş azərbaycanlılar Sizi prezident seçkilərində inamlı qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Sibirdə yaşayan azərbaycanlılar öz tarixi Vətənimizlə daim əlaqə saxlayır, Sizin müdrik rəhbərliyinizlə doğma Azərbaycanımızda baş verən hadisələri diqqətlə izləyirlər. Sizin müəyyənləşdirdiyiniz iqtisadi strategiya uğurla həyata keçirilir. Bunun sayəsində Azərbaycan özünü təmin edə bilən, iqtisadi cəhətdən yüksək inkişafa nail olmuş dövlətə çevrilmişdir.

Biz fəxr edirik ki, Sizin siyasətiniz beynəlxalq aləmdə cəlbedici trendlər nümayiş etdirir. Dünyanın aparıcı ekspertləri tamamilə haqlı olaraq vurğulayırlar ki, Sizin həyata keçirdiyiniz səmərəli islahatlar ölkədə iqtisadi sabitliyi möhkəmləndirir. Qərb ölkələri Azərbaycan iqtisadiyyatına cəsarətlə sərmayə qoyurlar. Son illərdə ölkəyə xarici investisiya axınının güclənməsi Azərbaycanın milli iqtisadiyyatının cəlbediciliyinin göstəricisidir.

Tamamilə aşkar görünür ki, Siz ölkəni yaxşılığa doğru tanınmayacaq dərəcədə dəyişdirməyə nail olmusunuz. Qazanılmış uğurlar bilavasitə Sizin 2003-cü ildə Prezident kimi fəaliyyətinizin əvvəlində başlanmış kompleks islahatların nəticəsidir.
Fərəhli haldır ki, bu gün Azərbaycan dünya siyasi arenasında iri və güclü aktordur, bu, onun müstəqil xarici siyasət yürütməsinə imkan verir. Məhz Sizin sayənizdə Azərbaycan tarixdə ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Siz həqiqətən ilk növbədə milli maraqların qorunmasına yönəlmiş çoxvektorlu siyasət nümayiş etdirirsiniz. Bu, haqlı olaraq Sizə dərin hörmət qazandırır.

Əminik ki, Sizin üçüncü müddətdə Prezidentliyiniz iqtisadiyyatın möhkəmlənməsi, ölkə həyatının bütün sahələrində tərəqqini, inamlı və ardıcıl irəliləyişi təmin edəcəkdir.

Sizə ali dövləti vəzifənizdə uğurlar, möhkəm cansağlığı diləyirik. Ailənizə və bütün Azərbaycan xalqına sülh və səadət arzulayırıq".

Milli.Az

Uyğun linklər:

Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB