Xəbər verdiyimiz kimi, 2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi - Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən "Natra" və "Zirkon" quru yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində beş nəfər həlak olub.
Milli.az xəbər verir ki, hadisə yerindən azərbaycanlıların qeydə aldığı görüntülər yayılıb.
Qeyd edək ki, sağ qalan dənizçilər faciə baş verən ərazidən keçən üç gəmi tərəfindən xilas ediliblər. Səhərə yaxın bütün xilas olunanlar Yeysk limanına çatdırılıb. Suyun üzərində qalan və zədələnmiş "Natra" gəmisinin yedəyə alınması üçün iki yedəkçi gəmi hadisə yerinə göndərilib.
Fidan
Milli.Az