Kəbənin örtüyünü göndərmişdi, indi də FOTOsu üzə çıxdı

11 Fevral 2026 13:45

Ceffri Epşteyn işi ilə bağlı yeni fotoşəklin yayımlanması yenidən beynəlxalq müzakirələrə səbəb olub.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, 2012-ci ildə Epşteynin şəxsi təyyarəsində çəkildiyi iddia edilən görüntüdə Səudiyyə Ərəbistanından olan iş qadını Əzizə Əl-Əhmədi və Birləşmiş Ərəb Əmirliklərinin diplomatı Hind Əl-Uveysin yer aldığı bildirilir.

İddialara görə, Əzizə Əl-Əhmədi Epşteynə Kəbənin örtüyünün bir hissəsini göndərib. Digər iddiada isə Hind Əl-Uveysin milyarderlə əlaqəli qadınların təşkilində rol oynadığı irəli sürülür. Sözügedən məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Xatırladaq ki, ABŞ-da yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhetten Metropolitan Mərkəzi Həbsxanasında ölü tapılıb. ABŞ Federal Təhqiqat Bürosu (FTB) onun intihar etdiyi qənaətinə gəldiyini açıqlayıb. Epşteyn işi ilə bağlı sənədlərdə bir sıra məşhur və nüfuzlu şəxslərin adları hallansa da, ABŞ Ədliyyə Nazirliyi və FTB "müştəri siyahısı"na dair konkret sübut aşkar etmədiklərini bildirib.

Fidan
Milli.Az