Belə getsə məşhur dəniz məhsulu qadağan olunacaq - 4 nəfər də zəhərləndi

19 Noyabr 2025 09:58

Türkiyənin Bursa şəhərində midye yedikdən sonra halı pisləşən 4 gənc qusma və başgicəllənmə şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, hadisə Osmangazi qəsəbəsinin Tophane adlanan ərazisində baş verib.

Dünən Yenişəhərdən gələn 4 dost şəhərdə gəzdikdən sonra midye yeyiblər. Daha sonra avtobusa minərək Yenişəhərə qayıdan M.U. (24), Y.T. (20), M.T. (19) və A.T (16) anidən özlərini pis hiss etməyə başlayıblar.

Onlar ailələrinin köməyi ilə Yenişehir Dövlət Xəstəxanasına çatdırılıblar. Hazırda vəziyyətləri normaldır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Almaniyadan Türkiyəyə istirahətə gələn bir ailənin 4 üzvü Ortaköydə yedikləri kumpir və midyedən zəhərlənib, 3-ü ölüb.

İsmayıl
Milli.Az