Türkiyəli məşhurları hədəf alan narkotik əməliyyatında adı hallanan Ziynet Sali xaricdən qayıtdıqdan sonra açıqlama verib.
Milli.Az xəbər verir ki, Sali sosial mediada verdiyi açıqlamada "Həyatımda heç bir qadağan olunmuş maddədən istifadə etməmişəm və belə mühitlərdə olmamışam" deyib.
"Hər kəsə salamlar. Çərşənbə günü əməliyyatda adımın hallanması məni, ailəmi və məni tanıyan hər kəsi çox kədərləndirdi . Xaricdə olduğum üçün yalnız bu gün ifadəmi verə bildim. Bəyanatımda da qeyd etdiyim kimi, həyatımda heç bir qadağan olunmuş maddədən istifadə etməmişəm, heç vaxt belə mühitlərdə olmamışam, həvəsləndirici yazılar paylaşmamışam. Sevdiklərimin şübhəsi olmasın deyə paylaşıram. Sevgi və hörmətlə...".
Xatırladaq ki, İstanbulda aparılan narkotik istintaqı çərçivəsində, aralarında tanınmış sənətçilərin də olduğu 19 məşhur şəxs saxlanılaraq ifadə verməyə aparılıb, daha sonra isə azadlığa buraxılıb. Onlara qarşı "narkotik vasitələrdən istifadə" ittihamı ilə araşdırma aparılır.
Fidan
Milli.Az