Bu şəxslərə "WhatsApp" işlətmək qadağan olundu

2 Sentyabr 2025 11:43

Fransa hökuməti dövlət işçilərinə "Telegram" və "WhatsApp" kimi xarici mesajlaşma proqramlarından istifadəyə qadağa qoyub.

Milli.Az xəbər verir ki, Baş nazir François Bayrou tərəfindən 25 iyul 2025-ci il tarixində verilən əmrə əsasən, dövlət qulluqçuları 1 sentyabr tarixindən etibarən yalnız şifrələnmiş "Tchap" tətbiqindən istifadə etməlidirlər.

Bu qərarın əsas səbəbi xarici mənşəli tətbiqlərin məlumat təhlükəsizliyi baxımından risklər yaratmasıdır.

Bayrou bildirib ki, populyar mesajlaşma tətbiqləri peşəkar mühitdə bütün təhlükəsizlik zəmanətlərini təmin etmir.

İsmayıl
Milli.Az