"Rahat yat, Dioqu" - Ronaldodan paylaşım - FOTO

3 İyul 2025 17:20

Ulduz futbolçu Kriştianu Ronaldu avtomobil qəzası nəticəsində həyatını itirən həmyerlisi Dioqu Jota haqqında paylaşım edib.

Milli.Az.Az xəbər verir ki, 40 yaşlı hücumçu kədərini öz "Instagram" səhifəsində bölüşüb.

"Bir neçə gün əvvəl biz səninlə yığmada birlikdə idik, bir neçə gün əvvəl sən özünə toy etmişdin. Həyat yoldaşına və övladlarına başsağlığı verirəm, bilirəm ki, sən həmişə onların yanında olacaqsan.

Dioqu və Andre - rahat yatın. Biz hamımız sizin üçün çox darıxacağıq", - K.Ronaldu qeyd edib.

Fidan
Milli.Az