Volkan Konakın həyat yoldaşından təsirli paylaşım: "Canımı itirdim..." - FOTO

9 Aprel 2025 19:47

Səhnədə ürək tutması nəticəsində vəfat edən məşhur türk müğənnisi Volkan Konakın həyat yoldaşı Selma Konak onun vəfatı ilə bağlı sosial şəbəkədə kədərli paylaşım edib.

Milli.Az türk mediasına istinadla  xəbər verir ki, Selma Konak mərhum həyat yoldaşının görüntülərini yayımlayıb və paylaşımında dərin kədərini ifadə edib:

"Qara... Qapqara 30 mart gecəsi... Mən canımı itirdim. Bizimki bir eşq hekayəsi deyil idi. Əsl eşq idi. Hər anı birlikdə yaşadıq. Hər anı bir-birimizə həsr etdik. Qara dəniz kimsəsiz qaldığı kimi mən də sənsiz yarım qaldım. Mənim şair ruhlu Volkanım..."

Xatırladaq ki, müğənni Volkan Konak 30 mart gecəsi Şimali Kipr Türk Respublikasında verdiyi konsert zamanı qəfil pisləşərək səhnədə yıxılıb. O, Mağusa Dövlət Xəstəxanasına aparılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Sevilən sənətçi 58 yaşında dünyasını dəyişib.

Fidan
Milli.Az