PKK lideri Abdullah Öcalanın təşkilata silahlarını yerə qoymaq və özünü ləğv etmək çağırışına ABŞ hökumətindən reaksiya gəlib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brian Hughes bu çağırışı "mühüm hadisə" adlandırıb və bunun regionda sabitliyə töhfə verəcəyinə ümid etdiklərini bildirib.
ABŞ rəsmiləri ümid edir ki, bu addım Türkiyə ilə ABŞ arasında Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı gərginliyi azaltmağa kömək edəcək.
Hughes bildirib ki, bu inkişaf "problemli bölgəyə sülh gətirə bilər".
Qeyd edək ki, Öcalanın çağırışı İmralıda keçirilən görüşdən sonra oxunub. O, təşkilatın ideoloji və siyasi bazasının köhnəldiyini vurğulayaraq, strukturun özünü buraxmasının zəruri olduğunu qeyd edib.
Bu açıqlama beynəlxalq və regional səviyyədə müxtəlif reaksiyalara səbəb olub.
Fidan
Milli.Az