Təyyarə yaşayış binasının üzərinə düşdü - Qəzanın ANBAAN VİDEOsu

1 Fevral 2025 17:08

Xəbər verdiyimiz kimi,  ABŞ-nin Filadelfiya ştatından Missuriyə uçan "Learjet 55" təyyarəsi yaşayış binalarının üzərinə düşüb.

Milil.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verib. 

Məlumata görə, qəza zamanı təyyarədə 6 nəfər olub. Onların ikisi həkim, iki pilot, bir xəstə və xəstənin ailə üzvü olduğu deyilir. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.

Qəza saniyəbəsaniyə yolda hərəkət edən maşının kamerasına düşüb.

Həmin anları təqdim edirik:

Fidan
Milli.Az