İsrailin hücumu zamanı İrana nə qədər ziyan dəyib? - AÇIQLAMA

26 Oktyabr 2024 12:09

İran Hava Hücumundan Müdafiə Qüvvələri bəyanat yayıb.

Milli.Az xəbər verir ki, bəyanatda deyilir: "İslam Respublikası rəsmilərinin cinayətkar və qeyri-qanuni sionist rejimə etdiyi xəbərdarlıqlarına baxmayaraq, bu saxta rejim bu gün səhər saatlarında Tehran, Xuzistan və İlam əyalətlərindəki hərbi mərkəzlərin bəzi hissələrinə hücum edib" .

Bildirilir ki, hücum ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi tərəfindən uğurla qarşılanıb və dəf edilib.

"Bəzi yerlərə məhdud ziyan dəyib. Hadisənin miqyası araşdırılır", - sənəddə deyilir.

Qeyd edək ki,  oktyabrın 26-sı gecə saatlarında İsrailin İrana cavab hücumu olub. İran da bir müddət əvvəl İsrailə hücum etmişdi. İsrailin Baş naziri Benjamin Netanyahu İranın İsrailə raket hücumu etməsini "böyük səhv" adlandırıb və bunun İrana baha başa gələcəyini bildirmişdi.

İsrailin İrana Cavabı - Üçüncü Dünya müharibəsi başlayır?

Nərmin Mahmudova
Milli.Az