TAİ-yə edilən hücuma görə məsuliyyəti terror təşkilatı PKK öz üzərinə götürüb
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror təşkilatı PKK Ankara TAI - yə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Terror təşkilatı aksiyanın Asya Ali kod adlı Mine Sevjin Alçiçek və Rojger Helin kod adlı Ali Örek tərəfindən həyata keçirildiyini açıqlayıb.
Qeyd edək ki, Ankarada oktyabrın 23-də Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) istehsal obyektində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.
Nərmin Mahmudova
Milli.Az