Narinin öldürülmədən 1 saat öncəki görüntüləri yayıldı - VİDEO

24 Oktyabr 2024 11:47

Türkiyədə öldürülən 8 yaşlı Narin Güranın ölmıədən 1 saat öncəki görüntüləri ortaya çıxıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Narin Güran öldürülməzdən 1 saat əvvəl çəkilmiş təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb. Əldə edilən görüntülərin birində isə Nevzat Bəxtiyarın maşınının dərə kənarına gəlib-getdiyi görünür.

İddianamədə "Görüntülərdə Nəvzat Bəxtiyarın istifadə etdiyi avtomobilin olduğu açıq-aydın müəyyən edilib" ifadəsi yer alıb.

Qeyd edək ki, prokurorluq kiçik qızın doğma əmisi, anası, qardaşı və bir qohumunun birgə şəkildə uşağı qəsdən öldürmə ittihamı ilə mühakimə olunmasını tələb edib. İttihamnamədə təqsirləndirilən şəxslər üçün ağırlaşdırılmış ömürlük həbs cəzası istənilib.

Nərmin Mahmudova
Milli.Az