Türkiyə əməliyyatlara başladı: 32 hədəf məhv edildi

24 Oktyabr 2024 10:19

Terrorçulara məxsus ümumilikdə 32 hədəf hava əməliyyatları nəticəsində məhv edilib. 

Milli.Az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatı keçirildiyini, terrorçulara məxsus 32 hədəfin məhv edildiyini açıqlayıb.

Nazirlikdən edilən yazılı açıqlamada "PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə 51-ci maddədən irəli gələn özünü müdafiə hüquqlarımıza uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, İraq və 23 oktyabr 2024-cü il tarixində Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatı həyata keçirilib. Terrorçulara məxsus ümumilikdə 32 hədəf hava əməliyyatlarımız nəticəsində  qətiyyətlə məhv edilib " deyilir.

Türkiyədəki terrorun təfərrüatları: Taksi şoferini öldürüb baqaja qoyublarmış - VİDEO - FOTO

Nərmin Mahmudova
​Milli.Az