62 nəfərin öldüyü qəzada sərnişinin anasına yazdığı son sözlər - FOTO

14 Avqust 2024 13:29

Braziliyada 62 sərnişini olan "Voepass" Hava Yollarına məxsus təyyarənin qəzaya uğradığı barədə məlumat vermişdik.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hər kəsin həyatını itirdiyi qəzanın bəzi təfərrüatı ortaya çıxıb.

23 yaşlı sərnişin Rosana Xavierin anası Rosemeire Xavier səyahət zamanı qızının ona göndərdiyi mesajları Braziliyanın "TV Globo" telekanalı ilə paylaşıb. O, mesajlardan sonra narahat olduğunu və sakitləşmək üçün dua etdiyini bildirib.

"İki saatlıq uçuş, yağışa düşəcəyik. Bu uçuş məni çox qorxudur. And içirəm, təyyarə çox köhnədir. Oturacaq sınıqdır. And içirəm", - deyə Rosana mesajda yazıb.

Qeyd edək ki, təyyarədə 58 sərnişin və 4 ekipaj üzvü olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun