Nazəninin başına iş gəldi: 1 milyonluq... - FOTO

13 Avqust 2024 09:45

Müğənni Nazənin Salayevanın başına iş gəlib.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçinin 1,1 milyonluq izləyici kütləsi olan rəsmi "Instagram" sosial şəbəkə hesabı oğurlanıb.

Bununla bağlı Nazənin səhifəsində paylaşımlar olub.

Paylaşılan postlarda bu sözlər yazılıb:

"Hər şeyin bir sonu var. Mən oğurlanmış bu "Instagram" hesabı bağlayıram. Və bu səhifə həmişəlik bağlı qalacaq. Mən sənin üzrxahlığını gözləyirəm".

Növbəti paylaşımda isə "Hamıya salam" sözləri yazılmış donuz şəkili yayımlanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun