Bu yaşdan əvvəl ana olmaq təhlükəlidir

10 Aprel 2024 04:04

Tədqiqatlar göstərir ki, uşaq sahibi olmaq qadınları yalnız yaşlı hiss etdirmir, həmçinin onların bioloji yaşını da artırır.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, ABŞ-da yerləşən Kolumbiya Universiteti Mailman İctimai Sağlamlıq Məktəbinin tədqiqatçıları aşkar ediblər ki, hər hamiləlik gənc qadınların fiziki qocalma prosesinə iki-üç ay əlavə edir.

Uşaqlarda qızdırmanı salan ən sadə xalq təbabəti üsulu
Bu uşaqlar şokolad yeməməlidir - DİQQƏT
Valideynlərə xəbərdarlıq - Uşaqlarınızı bu dərmanlarla "zəhərləməyin"

 

Lakin ata olmağın kişilərin bioloji yaşına heç bir təsirinin olmadığı müəyyən edilib.

Tədqiqatçılar Filippində 1735 gəncin epigenetik saatlarını araşdıraraq onların bioloji yaşını müəyyən ediblər.

Bu texnika DNT-dəki dəyişiklikləri izləməklə qanın və digər toxumaların qocalmasının hesablanmasını nəzərdə tutur. Təhlillər, erkən yetkinlik dövründə hər bir əlavə hamiləliyin qocalma prosesini bir neçə ay sürətləndirdiyini müəyyən edib.

Tədqiqatın rəhbəri Dr. Kalen Ryan deyir:

"Epigenetik saatlar bioloji qocalmanı öyrənmə üsulumuzda inqilab etdi və reproduktiv, eləcə də digər həyat hadisələrinin uzunmüddətli sağlamlığa təsirlərinin necə və nə vaxt yarandığını öyrənmək üçün yeni imkanlar açdı. Bizim tapıntılar hamiləliyin bioloji qocalmanı sürətləndirdiyini və gənc, doğurqan qadınlarda bu təsirlərin aydın olduğunu göstərir".

"Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunan tədqiqatın nəticələrinin yalnız yeniyetməlik dövrünün sonlarında olan gənc qadınlar üçün keçərli olduğu vurğulanıb. Ana olmaq daha çox 18-24 yaş arasındakı qadınların bioloji yaşına təsir edir.

"Əsas ölçmələrimizdə bildirilən hamiləliklərin çoxu qadınların hələ də böyüməkdə olduğu gec yeniyetməlik dövründə baş verib. Biz qocalma prosesində hamiləliyin rolu və çoxalmanın digər aspektləri haqqında hələ çox şey öyrənməliyik. Ancaq indi də bilirik ki, bu şəxslərdə sürətlənmiş epigenetik qocalma, onilliklər sonra ciddi sağlamlıq problemləri və erkən ölüm halları ilə özünü göstərəcək.
Son olaraq, düşünürəm ki, bizim tapıntılarımız hamiləliyin qadınların sağlamlığına potensial uzunmüddətli təsirlərini və yeni valideynlərə, xüsusən də gənc analara qayğı göstərməyin vacibliyini vurğulayır", - Dr. K.Ryan qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun