Daha bir kütləvi zəhərlənmə - 8 qadın xəstəxanaya aparılıb

4 İyul 2022 14:19

Saatlı rayonunda kütləvi zəhərlənmə olub.

Milli.Az xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənən şəxslər bunlardır:

Nurəngiz Şövkətova - 1985

Zilan Şövkətova - 2007

Səlamət Qəhrəmanova - 1961

Arzu Qəhrəmanova - 1987

Zamirə Qəhrəmanova - 1988

Aygün Şəvgiyeva - 1995

Ayşəgil Qəhrəmanova - 2000

Rusiya vətəndaşı Dilbər Qəhrəmanova - 1995.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün Bakı şəhər Nəsimi rayonunda yerləşən "Bolmart" supermarketində də kütləvi zəhərlənmə qeydə alınıb.

Milli.Az