DİN-dən şagirdi döyən direktorla bağlı açıqlama

6 Yanvar 2022 16:32

Daxili işlər Nazirliyi Bakıda şagirdi döyən məktəb direktoru ilə bağlı açıqlama yayıb.

Nazirliyin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, hadisə nəzarətə götürülüb:

"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıyıq. Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

Milli.Az