Mobil telefon

“Apple” 2017-ci ilin ən yaxşı oyun və əlavələrini açıqladı

12 Dekabr 2017 08:15
0 Şərh     Baxış: 1 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti "App Store" onlayn mağazasında ən populyar oyun və əlavələri müəyyən etməklə geridə qoymaqda olduğumuz 2017-ci ilin nəticələrini elan edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "iPhone" istifadəçiləri arasında ən yaxşı əlavə yuxu və meditasiya üçün olan "Calm" əlavəsi olub. "Apple" smartfonlarının istifadəçiləri arasında ən populyar oyun isə "Splitter Critters" sayılıb.

Planşetlərə gəldikdə isə, burada ən populyar əlavə "Affinity Photo", ən yaxşı oyun isə "The Witness" düşündürücü oyunu olub.

Ən çox yüklənən əlavələr arasında "Bitmoji", "Snapchat", "YouTube", "Messenger", "Instagram" və "Facebook" da var. Ən çox yüklənən oyunlar arasında isə "Super Mario Run", "8 Ball Pool", "Snake VS Block", "Ballz, Word Cookies" və "Subway Surfers" mövcuddur.

Bu ilin trendləri isə əlavə reallıq, onlayn mobil oyunlar, həmçinin valideynlərə yardım etmək üçün nəzərdə tutulmuş əlavələr olub.  

Musiqi seqmentində ən yaxşı albomlar "Drake"in "More Life", ən yaxşı mahnı isə Ed Şiranın (Ed Sheeran) "Shape of You" musiqisi müəyyən edilib.

Siyahıda ən yaxşı filmlər "Moana" və "Rogue One: A Star Wars Story", ən yaxşı serial isə "Game of Thrones" qəbul edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.