Kulinariya

Şəkərçörəyi belə bişirilir - RESEPT

6 Aprel 2018 07:00
33 Şərh     Baxış: 43 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şirniyyatı hər birimiz sevirik. Xüsusilə çayla içmək üçün evdə hazırlayacağımız şirniyyatların dadı əvəzsiz olur. Milli.Az ailem.az-a istinadən ləzzətli şəkərçörəyinin reseptini təqdim edir.

Tərkibi:

200 qr yağ

2 yumurta ağı

Yarım çay qaşığı maya

1 stəkan şəkər tozu

3 stəkan un

Vanil

Hazırlanma qaydası:

Yumurtanın ağında maya əridilir, üzərinə ərinmiş yağ tökərək bir qədər qarışdırılır. Şəkər tozu əlavə edərək möhkəm çalınır və unu əlavə edib yaxşı qarışanadək ovulur. Yumşalmış xəmirdən kiçik kündələr kəsib yumrulayın. Ovcunuzun içində forma verib yağlanmış listə düzün və təpəcik hissəyə barmağın ucu ilə yumurta sarısı vurub bişirin.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.