Kulinariya

Umac piroqun - HAZIRLANMA QAYDASI

12 Mart 2018 07:00
33 Şərh     Baxış: 79 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mətbəxdə asan və ləzzətli şirniyyatlar bişirməyi əksər xanımlar çox sevir.

Milli.Az ailem.az-a istinadən bu dəfə həm ləzzətli, həm də asan hazırlanan umac piroqunun reseptini verir.

Tərkibi:

4 stəkan un

2 stəkan şəkər tozu

1 stəkan duru yağ

1 stəkan qatıq

3 ədəd yumurta

1 paket vanil

1 paket qabartma tozu

Hazırlanması:

Unla şəkər tozunu qarışdırın. Sonra duru yağı  əlavə edib qarışdıraraq umac hazırlayın. Umacdan 1 stəkan götürüb kənara qoyun. Yumurtanı başqa bir qabda yaxşıca çalın, qabartma tozunu qatığa tökərək köpürdərək onun içinə tökün. Daha sonra vanil və umacı qatıqlı qarışıma əlavə edərək yavaşca qarışdırın. Diqqət edin ki, umaclar çox açılmasın. Yağlanmış soba qabına qarışımı tökün və üzərinə kənara ayırdığınız 1 stəkan umacı səpin. Əvvəlcədən qızdırılan 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana qədər bişirin. Tam soyuduqdan sonra romb doğrayaraq servis edə bilərsiniz.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.