Kulinariya

Bankada qırmızı bibər konservi: Sirkə və zeytun yağı ilə möhtəşəm dad

14 Yanvar 2026 20:27
Baxış: 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu resepti yalnız qarnir kimi deyil həm də pomidor çığırtması, makaron sousu, omlet və müxtəlif məzələr üçün istifadə edə bilərsiniz.

Milli.Az xəbər verir ki, konserv üçün ətli, parlaq qabıqlı və diri kapya bibərləri seçmək lazımdır. Sap hissəsi canlı yaşıl olmalıdır.

Dadı çox kəskin olmayan, təzə və təmiz qoxulu zeytun yağı istifadə edin.

Dişləri dolğun və cücərməmiş sarımsaqlar seçilməlidir (cücərmiş sarımsaq acı dad verə bilər).

Hazırlanma qaydası:
Bibərləri yuyub təmizləyin və istədiyiniz ölçüdə doğrayın.

Bibərləri geniş bir qazana qoyun, üzərinə iri duz (qaya duzu) səpin. Sirkə və zeytun yağını əlavə etdikdən sonra çox az miqdarda su əlavə edin.

Orta odda bibərlər yumşalana qədər bişirin. Çəngəl bibərə rahat girirsə, deməli hazırdır. Bibərlərin həddindən artıq bişib dağılmasına imkan verməyin.

Bibərlər hələ isti ikən maşa vasitəsilə sterilizə olunmuş bankalara yerləşdirin. Aralarına sarımsaqları paylayın. Qazanda qalan sousu çömçə ilə bankalara bərabər şəkildə tökün.

Yeni banka qapaqlarından istifadə edərək ağzını möhkəm bağlayın. Bankaları tərs çevirib bir az gözləyin. Sızma yoxdursa, otaq temperaturunda 1 gün soyumağa buraxın. Qapaq içəri doğru çökübsə, deməli vakuum yaranıb.

Hazırladığınız konservləri günəş düşməyən, sərin və quru bir yerdə saxlayın.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.