Kulinariya

Kotletlərdə yumurtaları nə ilə əvəz etmək olar?

18 Avqust 2024 11:52
Baxış: 5 012
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir çox insanlar uzun müddət yumurta istifadə etmədən kotletlər hazırlayırlar. Çünki kotletdə yumurta sevmirlər. Bu zaman yemək yumşaq və şirəli çıxır. Aşpazlar bildirir ki, yumurta kotletləri sərtləşdirir. 

Milli.Az lent.az-a istinadən bildirir ki, kotletlərdə yumurtanı bir neçə məhsulla əvəz etmək olar. Həmin məhsulları təqdim edirik: 

Çəkilmiş əti yaxşı yoğurmaq 

Kotletin ətini yaxşı yoğurmaq və soyuducuda saxlamaq ən yaxşı alternativdir. Bu zaman onlar yumşaq, şirəli və yumşaq olacaq. Həmçinin, yumurta sevməyənlər üçün bu metod çox yaxşıdır. 

Un

Un kotletlərin bir-birinə yaxşı yapışması və dağılmaması üçün əla məhsullardan biridir. Hazırlanan kotletləri sonda una bulaşdırıb qızartdıqda onların dağılmadığını görəcəksiniz. 

Püre 

Südsüz hazırlanmış kartof püresi kotletlərin sulu olması və dağılmaması işini ən yaxşı şəkildə yerinə yetirəcək. Çünki nişasta qiymənin bir-birinə yaxşı yapışmasına şərait yaradır. 

Yulaf əzməsi 

Yulaf əzməsi istifadə edərək, formasını saxlaya bilən mükəmməl kotletlər edə bilərsiniz. Əvvəlcə bir qaşıq su və yulafı götürün və qarışdırın.  Onun şişməsinə icazə verin. Sonra qarışığı çəkilmiş ətə əlavə edin.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.