İran

İranlı jurnalist həbs edildi - FOTO

9 Noyabr 2023 21:51
Baxış: 1 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda jurnalistlərə qarşı təzyiqlərin davamı olaraq qadın jurnalist və tərcüməçi Mənijə Müəzzin dünən həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalını xəbər yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri jurnalistin çalışdığı "Eko İran" media qurumuna gedərək onu həbs ediblər.

Təhlükəsizlik qüvvələri beynəlxalq iqtisadiyyat və mühacirət sahəsində daha çox fəal olan jurnalistin evində də axtarış aparıb və onun şəxsi əşyalarının bir qismini müsadirə ediblər.

Qeyd edək ki, jurnalistin həbsinin səbəbi və hara aparıldığı barədə məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.