Maraqlı

“Delta” hamilə qadınlarda ölümə səbəb ola bilər

31 Avqust 2021 21:25
0 Şərh     Baxış: 934
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koronavirusun "Delta" variantı ana olmağa hazırlaşan qadınlarda ağır fəsadlara, hətta ölümə səbəb ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu Türkiyənin Diyarbəkir Qazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasının həkimi Hakan Akelma bəyan edib. O, çalışdığı xəstəxanada son iki ayda sözügedən COVID variantına yoluxmuş altı hamilə qadının öldüyünü bildirib.

Mütəxəssisin sözlərinə görə, bu vəziyyətdə olan xanımlar bir çox dərman vasitələrini qəbul edə bilmir. Məhz bu səbəbdən orqanizmdə virus daha sürətlə yayılır və ölümə gətirib çıxarır.
Həkim yeni növ koronavirusun daha şiddətli "Delta" variantından qorunmaq üçün hamilə qadınları peyvənd olunmağa çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.