Alimlər uzun illər çalışmalardan sonra kosmosa uçmağı bacarmışdılar. Ancaq onların ən böyük problemi fəzada olan zaman oksigen çatışmamazlığı idi.
Kosmonavtlar ilk uçan zaman bu məsələyə çox da diqqət etmirdilər. Ancaq yavaş-yavaş başa düşdülər ki, onlar oksigen çatışmamazlığından əziyyət çəkirlər. Məsələn, boğulma hiss edirdilər, qulaqlarından, gözlərindən və burunlarından qan gəlirdi. Hətta bəziləri tədrici ölümü təcrübə edirdilər.
Bütün bunlar səmadakı təzyiqə görədir. Belə ki, kosmonavtların sinəsi bu təzyiqə dözməyə qadir deyildir.
Maraqlı budur ki, Quran 14 əsr əvvəl yolunu azmış kafirlər barədə bu müqayisəni verərək, buyurmuşdur: "Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar". ("Ənam" 125).
Alimlər bu fikirdədirlər ki, yerlə göy lap əvvəllər qaz şəklində olmuşdur. Vahid bir şəkildə olmuşdur. Get-gedə kainatlara çevrilmişdir. Bu kainatlarda tədricən ulduzlar meydana gəlmişdir. Allah bu məsələni belə izah edir: "De: "Siz doğrudan Yer (kürəsin)i iki gündə (iki gündüzə və ya iki gecə-gündüzə bərabər zamanda, yaxud iki mərhələdə, məsələn maye və donmuş mərhələlərində) yaradana kafir olur və Ona şərik qoşursunuz? (Halbuki) aləmdəkilərin Rəbbi Odur!" O, yer üzərində sabit və möhkəm dağlar qoydu və ona xeyir-bərəkət verdi və onun (insan, heyvan, bitki və sairədən ibarət varlıqlarının) azuqələrini (yaradılış təbiətləri ilə) istəyənlər üçün (azuqənin verilməsi baxımından) bərabər olan dörd gündə (dörd fəsildə) təyin etdi. (Yerin yaradılışından) sonra (Allahın qəti iradəsi, əsas maddəsi) tüstü olan göyə yönəldi. Beləliklə ona və yerə buyurdu: "İstər-istəməz (vücuda) gəlin!" (Allah qəti iradə ilə həmin tüstünün göylər olmasını, yerin isə bərəkətli olmasını və həmin qidaları hazırlamasını istədi.) O ikisi (özlərinin halları və zatı məğlubiyyətlə) dedilər: "İstəyərək gəldik". Beləliklə onları iki gündə (yaxud iki mərhələdə) yeddi göy etdi və hər bir göydə onun işlərini (oranın mələklərinə) vəhy etdi. Və sizə yaxın olan (birinci) göyü (ulduzlardan ibarət) çıraqlarla bəzədik və onu (cin və şeytanlardan) qoruduq. Bunlar qüdrətli (və hər şeyi) bilən Allahın müəyyənləşdirdikləri və təyin etdikləridir". ("Fussilət 9-12).
"Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və yer (göydəki planetlər və Yer kürəsi) bir-birinə birləşik idilər və Biz onları parçalayaraq bir-birindən ayırdıq (və sonsuz planetlər yaratdıq)? [Yaxud: Göydəki planetlərin hər biri və yer bağlı və donmuş vəziyyətdə idilər və onları çaylar, mədənlər, ağaclar və bitkilər vasitəsi ilə yardıq və istifadəyə yararlı etdik]. Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?!". ("Ənbiya" 30).
Bu ayədən göründüyü kimi, yerlə göy əvvəllər bir yerdə olmuşdur. Sonra Allah Təala sonsuz qüdrəti ilə onu bir-birindən ayırmışdır. Yerə su nazil etmişdir ki, orada həyat yarana bilsin. Bu, Allah Təalanın əzəmətinin nişanəsidir.
Kosmosla məşğul olan alimlər və astronomlar Yer kürəsini araşdırdıqdan sonra bu nəticəyə gəlib çatıblar ki, Yer kürəsinin qoruyucu bir qatı vardır ki, Yer kürəsinin ətrafına fırlanır. Bu fırlanma nəticəsində Yer kürəsinə təhlükə yaradan səma cismlərinin ona daxil olmasına mane olur və onu qoruyur. Hər an Yer kürəsinin ən üst qatına səma cismlərinin hücumu baş verir, ancaq bu fırlanma nəticəsində həmin cismlər uzaqlaşdırılır və yanırlar. Əlbəttə, bəzi gecələrdə bu yanan cismləri görmək olur.
Ona görə də onlar səmaya gəmi buraxmaq üçün bu incəlikləri düşünməlidirlər. Onlar həmin gəminin bu cismlərin daha az olduğu yerdən göyə qalxmasını müəyyən etməyə çalışırlar. Yəni səmaya ən yaxşı çıxış qapısını axtarırlar.
Quran buyurur: "Əgər göydən onların üzünə bir qapı açsaydıq və onlar daim oradan yuxarı çıxsaydılar (və bütün aləmləri görsəydilər), yenə də "həqiqətən bizim gözümüz bağlanmışdır, əslində biz cadu olunmuş (sehirlənmiş) bir dəstəyik" deyərdilər". ("Hicr" 14-15).
Quranın bu ayəsində açıqca bəyan ediirr ki, əgər insan bu qapıdan getmək istəsə, elə bir qaranlığa düşər ki, ətrafını görə bilməz. Sanki gözləri bağlıdır. Alimlər bu mövzunu o zaman dərk etdilər ki, kosmosa səfər edə bildilər. Quran isə insanların, səmaya uçmağın bir xəyal olduğunu düşünən bir dövrdə nazil olmuş və bu nurani xəbərləri vermişdi.
Quran fəzaya səfər etmək mövzusuna da toxunmuş və bunun ins və cin üçün mümkün olduğunu vurgulamışdır. "(Qiyamət günü belə xitab olunacaq ki:) "Ey insan və cin tayfaları! Əgər (əməllərinizin cəzasından qaçmaq üçün) göylərin və yerin (əhatə) dairəsindən (başqa bir yerə) keçə bilsəniz, keçin. (Lakin qeyri-adi) bir qüdrət olmadan keçə bilməyəcəksiniz (ona da ki, malik deyilsiniz)!" ("Rəhman" 33).
Quran bu ayəsində insanlara və cinlərə xitab edərək buyurur ki, əgər səmaya uçmaq istəyirsənsə, bunu xəyalında etməməlisən. Bunu ancaq elmin sayəsində edə bilərsən. Hal-hazırda biz bunun şahidiyik ki, insan ancaq elminin köməyilə ulduzlara və Aya uça bilir.
Beləliklə, Quranın bir möcüzə olduğu bu məsələdə də özünü bariz şəkildə göstərir.
Milli.Az