Maraqlı

Koronavirusun “Delta” ştammı üçün xüsusi peyvənd hazırlanır

15 İyul 2021 20:15
0 Şərh     Baxış: 1 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Pfizer" və "BioNTech" şirkətləri koronavirusun "Delta" ştammı üçün öz peyvəndlərini təkmilləşdirmək qərarına gəliblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə şirkətlərin yaydığı birgə bəyanatda bildirilib.

Sənəddə qeyd olunur ki, yeni vaksinin ilk partiyası artıq hazırdır və onun sınaqlarına avqust ayında başlanıla bilər.

Həmçinin, bəyanatda yeni vaksinin hazır olmasınadək, COVID-in müxtəlif variantlarına qarşı ən etibarlı müdafiə üsulu kimi mövcud peyvəndin üçüncü dozasının vurulması göstərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.