Maraqlı

Badamın faydaları

5 Avqust 2021 08:25
0 Şərh     Baxış: 1 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Badan gavalı ağacına bənzər badam ağacını meyvəsidir. Onun sərt qabığının içərisində yerləşən ləpəli meyvəsindən istifadə edilir. Badamın xarici görünüşü iri ərik tumunun görünüşünə bənzəyir.
Badam ağacı dəniz səviyyəsindən 800-1000 metrdən hündür ərazilərdə bitir. Onun meyvəsi kalsiumla çox zəngindir. Ağacları bir birindən 5-7 metr aralı məsafədə olduqda onların barvermə xüsusiyyəti daha da artıq olur. Badam ağacı isti və işıqsevən bitkilərdəndir. Onun kök sistemi möhkəm inkişaf etmiş olur. Badam öz çiçəklərini mart-aprel aylarında açır, meyvələr isə iyun-iyul aylarında yetişir. Bu ağacı əkdikdən 4-5 il sonra bar verməyə başlayır və 30-35 il bar vermək qabiliyyətinə malik olur. Badam ağacı 130 il ömür sürə bilir.  Badam ağacı -25*C temperatura davam gətirə bilsə də, onun çiçəklərini don vurduqda meyvələr əmələ gəlmir. Badamın bir çox növləri var. Ən çox aşağıdakı badam növlərindən istifadə edilir:
1. Tünd badam(amara)
Tərkibində amiqdalin qlikozidi vardır ki, bu da asanlıqla şəkərə, benzaldehidə və güclü sianid oksidinə(zəhərə) çevrilir. Bu səbəbinə görə tünd badamı uşaqlara vermək olmaz. 10 belə badam yemək uşağın, 50 badam yemək isə böyük adamın ölümünə səbəb ola bilər. Bu növ badamı mütləq qovurub yemək lazımdır. Qovrulma zamanı onun tərkibində olan sianid oksid buxarlanır.
2. Şirin badam(dulcis)
Badamın bu növünün tərkibində amiqdalin az miqdardadır. Ondan az miqdarda badam dadı gəlir. Badamın bu növündən balıqların, əsasən də forel balığının qızardılması zamanı istifadə edilir.
3. Kövrək badam(dulcis for, fragilis)
Bu badamın kövrək və qalın qabığı olur. Onun meyvələri isə şirin dadır. İndi badam ağaclarına ən çox Aralıq dənizi ölkələrində, Çində və Amerikada rast gəlinir. Bizi ölkələrdə isə badam sevənlər onu xüsusi olaraq yetişdirirlər.
Badam ləpəsinin 35-67%-ni qurumayan yağlar təşkil edir. Onun tərkibi zülallarla zəngindir. Badam ləpəsində olan zülalın miqdarı ətin tərkibində olan zülalın miqdarının 30%-ə bərabərdir. Onun tərkibində olan zülallar asan sorula bilən zülallardır. Badamın tərkibi əvəzolunmaz amin turşuları ilə zəngindir. Bu turşular orqanizm tərəfindən asan sorula bilir. Badam ləpəsinin tərkibi kalsium, kalium, fosfor, maqnium, marqaneslə zəngindir. Bu mineralların qarışımı isə sümük sisteminin möhkəmlənməsinə səbəb olur. Tərkibində olan vitamin və mineral kompleksləri orqanimə çox faydalıdır. Ləpənin tərkibində olan amiqdalin qlikozidi onun xüsusi qoxuya malik olmasına səbəb olur. Badam qanda pis xolesterinin miqdarını azaldır. Xalq təbabətində badamdan sidik ifrazı sisteminin xəstəlikləri zamanı istifadə edilir. Anemiya, yuxusuzluq və öskürmə zamanı badam yemək xəstəliklərin əlamətlərini azaldır. Tünd dada malik olan badamın tərkibində olan yağların miqdarı digər badamlardakı yağların miqdarından çox olduğuna görə ondan daha çox yağ alınır. Tibb səhəsində də badam yağından geniş istifadə edilir. Ondan bəzi ineksiyaların dəri altında sorulması məqsədilə həlledici kimi istifadə edilir.
Yağı alındıqdan sonra badamın yerdə qalan hissəsindən ötən əsrlərdə bir çox xəstəliklərin müalicəsi üçün istifadə edilir. Ən çox dəri və bağırsaq xəstəlikləri üçün istifadə edilən badam yağı kosmetologiya sahəsində də kremlərin, şampunların, mazların hazırlanmasına geniş istifadə edilir. Badamdan likörlərin və konditer məhsulların hazırlanmasında geniş istifadə olunur. Piylənmədən və artıq çəkidən əziyyət çəkənlərə badam yeyən zaman diqqətli olmaları məsləhət görülür. Allergiyası olanlar da badam yeyərkən xəstəliklərini nəzarət altında saxlamalıdırlar. Tam yetişməmiş badamı yemək olmaz . Bu orqanizmdə zəhərlənmə əlamətlərinin meydana çıxmasına səbəb ola bilər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.