Maraqlı

NASA helikopterinin Marsda dördüncü uçuşu uğursuz oldu

30 Aprel 2021 20:05
Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Milli Kosmik Araşdırma Agentliyinin (NASA) Marsdakı "İngenuity" adlı kəşfiyyat helikopteri planetin səthi üzərində dördüncü uçuşunu da həyata keçirə bilməyib.

Milli.Az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Mütəxəssis qrupu məlumatları qiymətləndirir və tezliklə daha bir cəhd etmək niyyətindədir. Mütəxəssislər helikopteri Mars səthindən beş metr hündürlüyə qaldırmağı planlaşdırır.

Qeyd edək ki, "Perseverance" 2020-ci il iyunun 20-də ABŞ-ın Floridadakı "Cape Canaveral" Kosmik Stansiyasından buraxılıb. Aparat 7 ay müddətinə 470 milyon km-lik yol qət etdikdən sonra 2021-ci il fevralın 20-də Marsa enib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.