Quranı üzündən oxumaq kifayət edirmi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurani-Kərim - Allah Təalanın kəlamıdır. Hər kim ərəb dilini bilməsə də belə, ona qulaq assa və ya üzündən oxusa - böyük savaba malik olar. Günahları bağışlanar, qəlbi nurani olar, axirət savabına malik olar.
İmam Sadiq (ə) buyurur ki, Qurana baxmaq belə, ibadətdir. Hər kimin evində Quran olar, şeytan (lən) oradan uzaq olar.
Həzrət Peyğəmbər (s) buyurur: "Evlərinizi Quran oxuyaraq nurani edin. O evdə ki, Quran çoxlu tilavət olunar - o evin xeyiri çox olar və onun əhli rifahda olarlar. O ev səma əhli üçün nur saçar, necə ki, ulduzlar yer əhli üçün nur saçarlar".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər hədislərimizə nəzər salsaq, görərik ki, Quran oxumaqla yanaşı, onun ayələri haqqında düşünməyə dəvət edirlər. Hər kim Quran ayələrinin mənası haqqında düşünər - dünya və axirətin uca qalasını fəth etmiş olar. Çünki Quran insanları hidayət etmək üçün gəlmişdir. Hər kim Quranın mənasını bilsə, onun nə demək istədiyi haqqında düşünsə - hidayət tapar. Qurana əməl edər. Ona görə də o kəslər Qurana daha çox əməl edərlər ki, onlar Quran barəsində təfəkkür edərlər.
Əslində Quranı tilavət etmək - onun ayələri haqqında düşünməyin müqədddiməsidir. Quran özü də bizləri onun ayələri haqqında düşünməyə dəvət edir. Quranın yerə nazil olmasının səbəbini, onun haqqında təfəkkür etməkdə görür. "(Bu Qur'an,) ayələrində düşünüb arxasınca getmələri (və onda olan dərin maarifi əldə etmələri) və (əsil) ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır".
"Həqiqətən Biz onu ərəbcə bir Qur'an (oxunan və ərəb dilində olan kəlmələr) şəklində nazil etdik ki, bəlkə (onun uca maarifi barədə) düşünəsiniz və ağılla dərk edəsiniz". ("Yusif" 2).
"(Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Qur'anı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər". ("Nəhl" 44).
Hər kim Quranı düşünərək oxuyarsa, onun savabı düşünməyərək oxumaq kimi olmayacaqdır. Quranı ancaq üzündən oxumaq bizi bu səma kitabının həqiqətlərindən məhrum edəcəkdir. Bu, o demək deyildir ki, Quranı üzündən oxumaq lazım deyildir. Xeyr. Sadəcə gərək bilək ki, əgər Quranın həqiqətlərini öyrənmək istəyiriksə, onu ancaq üzündən oxumaqla kifayətlənə bilmərik. O zaman bu həqiqətlərdən xəbərdar olarıq ki, onun haqqında təfəkkür edək və düşünək. Bu zaman Quranın bizdən nə istədiyini başa düşərik. (Beytutə)
Ancaq Quranı üzündən oxumağın da savabları böyükdür. İnsanın qəlbini nurani edir, dualarının qəbul olmasına səbəb olur və günahlarını bağışlayır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
XƏBƏR LENTİ
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)





