Maraqlı

Snapdragon 875 prosessoru AnTuTu testindən keçib

3 Noyabr 2020 08:55
Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qualcomm şirkəti Snapdragon 875 flaqman prosessorunun təqdimatına hazırlaşır və bu səbəbdən də insayderlər tez-tez onun barəsində məlumatlar verirlər. Yeni məlumat sızıntısı isə Snapdragon 875 prosessorunun performansını əhatə edir. Məlumatı təqdim etmiş mənbənin verdiyi məlumata əsasən yeni Snadragon 875 prosessoru əvvəlki modeldən 30% daha sürətli çalışacaq. Bu barədə Gizchina saytı xəbər verib. Verilmiş məlumata əsasən Lahaina kod adına sahib yeni Snapdragon 875 prosessoru AnTuTu testində 847.868 xal toplayır.

Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 865 prosessoruna sahib bir sıra smartfonlar AnTuTu testində maksimum 660.000 xal toplayırlar. Lakin çox zaman bu prosessora sahib smartfonlar AnTuTu testində daha az xal toplayırlar. Bir neçə müddət bundan öncə Mate 40 seriyası ilə birlikdə təqdim edilmiş Kirin 9000 prosessoru AnTuTu testində 693.000 xal toplayır. Nəticədə demək olar ki, Snapdragon 875 ilə Snapdragon 865 arasındakı fərq 190.000 xaldır. Bu isə o deməkdir ki, Snapdragon 875 prosessoru 30% daha sürətlə çalışır. Qeyd etmək lazımdır ki, yeni prosessor dekabr ayının əvvəlində təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.