Maraqlı

Üç şirkət Apple-a qarşı mübarizə üçün əməkdaşlığa başladı

29 Sentyabr 2020 23:20
Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Epic Games Apple-ın aldığı 30% payın kifayət qədər çox olmasını əsas gətirərək şirkətlə rəqabətə başlayıb. Apple isə buna Epic Games-in oyunu olan Fortnite-ı App Store-dən silməklə cavab verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Apple-ın ticarət siyasətinin monopoliyalaşmaya təkan verəcəyini düşünən Spotify, Match Group və Epic Games əməkdaşlığa başlayıblar. App Fair Alliance adlı yeni təşkilatın məqsədi App Store-un siyasətinə etiraz etmək, təmərküzləşmənin qarşısını almaqdır.

Təşkilatın digər üzvləri arasında Basecamp, Blix, Blockchain.com, Deezer və Tile kimi kiçik şirkətlər də var.

Xatırladaq ki, Epic Games ABŞ Federal Məhkəməsinə Apple-a qarşı şikayət edərkən Spotify ona ilk qoşulanlardan biri olub. Bəzi istifadəçilər isə Apple-ın bu siyasətini Apple xidmətlərini təkmilləşdirmək üçün cəhd hesab edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.