Qonşusunu döydüyünə görə üzr istəyib, baş verənlərdən danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tuzlada çəkilişə etiraz etdiyi üçün 65 yaşlı qonşusu Hüseyn Meriçi döyən məşhur müğənni Halil Sezai baş verənlərlə bağlı açıqlama yayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşım edən Sezai qonşusunu döydüyünə görə üzr istəsə də, əslində davaya Meriç tərəfindən təhrik olunduğunu deyib:
"Rejissorumuz Aytaç Ağırlarla birlikdə 6 nəfərlik heyətlə Youtube formatı üçün yemək tolk şousu hazırlayırdıq. Qonaq dəvət edir, yemək bişirir, söhbət edirik. Ancaq təəssüf ki, 5 aydır bir bölüm belə çəkə bilməmişik. Çünki bu 65 yaşlı kişi rejissorumuzla ədavəti üzündən bizə verilişi çəkdirməməyə and içib. 5 aydır içki içərək, qışqır-bağır salaraq bizi söyür. 5 aydır səbr etdik. Ana-bacı söyüşü söyən 65 yaşlı kişi indi çıxıb hər yerdə danışır. Danışsın. Silah çəkməyini, həyətimizə 30 nəfəri yığmağını hələ demirəm.
Gül-çiçəklə getdiyim evdə nəticə belə oldu. Kamera görüntülərini alıb öz söyüşlərini sildirməsi də məni təəccübləndirmədi. Mənim etdiyim hərəkət "heyvanlıqdır", buna heç nə demirəm. Tanıyanlar bilir ki, hədsiz səbrli və sakit insanam. Amma bu həddə gəlməyimin də səbəbi var. Çox heyfsilənirəm. Mafiya hekayələrini ağız dolusu danışan, pulu ilə hər kəsi satın ala biləcəyini düşünən adam üçün dəyməzdi. Mən bilmirəm ki, orada 50 dənə kamera var? Bilmirəm ki, şou jurnalistləri məni və ailəmi pis vəziyyətdə qoyacaq? Əlbəttə, bilirəm. Ancaq özümü saxlaya bilmədim. Aylardır davam edən bu qədər təhqirə daş olsaydı, dözməzdi.
Dünən ifadəmi verdim. Bütün detalları bir-bir danışdıq. Olan oldu, çox heyfsilənirəm. Hamıdan da üzr istəyirəm. Ondan da üzr istəyirəm. Hər nə olsa da, belə etməməli idim...".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi





