Maraqlı

Mercedes-Benz GLC modelinin növbəti nəslinin sınaqlarına başlanıb - FOTO

2 İyun 2020 23:30
Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mercedes-Benz GLK modelini əvəzləmiş GLC krossoveri 2015-ci ildə debüt edib. Bir il bundan öncə isə, modelin planlaşdırılmış yenilənməsi həyata keçirilib. Buna baxmayaraq, ilkin məlumata görə, zavoddaxili X254 indeksini daşıyan növbəti nəsil Mercedes-Benz GLC modelinin sınaqlarına start verilib. Buna, bu günlərdə ictimai yollarda casusların rast gəldikləri sınaq protoipi dəlalət edir.

Əlbəttə ki, güclü kamuflyaj örtüyü avtomobilin dizaynını gizlədir, lakin krossoverin yeni nisbətləriə malik olduğu aşkardır: kuzov bir qədər alçaq və uzun olacaq, əsas artım isə kapotun payına düşəcəkdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, çox güman ki, prototip seriya modelinin ön fənərləri ilə təchiz edilib. Lakin bunu, arxa işıq texnikası barədə söyləmək olmaz: onları hələ də "müvəqqəti" fənərlər əvəz edir. Sanballı görkəmə malik olan arxa kuzov çıxışı yeni GLC modelinin üçüncü oturacaq cərgəsinə sahib olacağına işarə edir, amma arxa hissədəki kamuflyaj örtüyü bizi yanılda bilər.

Böyük ehtimalla, Mercedes-Benz GLC krossoverinin növbəti nəsli, bu il debütü gözlənilən yeni nəsil Mercedes-Benz C-Class modeli ilə eyni platformanı və mühərrik çeşidini bölüşəcəkdir. Krossoverin təchiz ediləcəyi bütün dörd və altı silindrli mühərriklər yumşaq hibrid əlavələrə malik olacaqdırlar.

Krossoverin qoşulan hibrid modifikasiyalarının artacağı da gözlənilir - hazırda, alman istehsalçısı GLC 300 e və GLC 300 de qoşulan hibridlərini təklif edir. Bununla birlikdə, Mercedes-Benz GLC krossoverinin növbəti nəslinin debütünü 2022-ci ildən əvvəl gözləmək lazım deyil.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.