Maraqlı

Sinqapurda tibbi maskaların satışı üzrə avtomatlar istifadəyə veriləcək

21 May 2020 07:11
0 Şərh     Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sinqapurda koronavirus pandemiyası ilə əlaqədar ictimai yerlərdə tibbi maskalardan istifadə məcburidir. Apreldə Sinqapurun ilk növbədə oyun sinfinə məxsus fərdi kompüterlər üçün periferiya qurğularının istehsalı ilə tanınan "Razer" şirkəti öz fabrikində tibbi maskaların istehsalına başlayıb, tezliklə sözügedən şirkət "Sunningdale Tech" plastik məmulatlar istehsalçısı ilə birgə ayda 10 milyonadək tibbi maska istehsal etməyi planlaşdırır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki,  "Razer" şirkəti, həmçinin Sinqapurda tibbi maskaların satışı üzrə avtomatlar şəbəkəsini istifadəyə vermək niyyətindədir. İlk 20 avtomat 1 iyundan etibarən "Frasers Property" ticarət mərkəzlərində əlçatan olacaq. Şirkət ilk 5 milyon tibbi maskanı pulsuz paylamağı planlaşdırır. Sinqapurda artıq tibbi maska ehtiyatı yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.