Maraqlı

Televizora yaxından baxmaq kor etmir - Səhv bildiyimiz 5 məlumat

8 Mart 2020 16:48
0 Şərh     Baxış: 3 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əksəriyyətin doğruluğuna şübhə etdiyi bir sıra əfsanə düşüncələr var. Ancaq əslində heç də onlar bilinən kimi deyilmiş.

Milli.Az Lent.az-a istinadən beyinlərə həkk olunan bir neçə düşüncənin əslində necə olduğunu təqdim edir.

 

1. Kola dişləri məhv edir.

Əslində: Dişin çürüməsinə kolanın tərkibində olan fosfor və karbon elementlər səbəb olur. Bu maddələr digər limonadlarda da mövcuddur.

2. Saqqızı udsanız 7 il mədənizdə qalacaq.

Əslində: Yapışqanlığına görə mədə suyunun təsiri ilə həll olunmasa da, saqqız təbii yollarla orqanizmdən xaric olunur.

3. Televizora yaxından baxmaq gözləri kor edir.

Əslində: Bunun üçün hər hansı sübut və səbəb yoxdur. Ancaq televizora uzun müddət yaxından baxmaq gözləri yorur.

4. Antibiotiklər virusları öldürür.

Əslində: Antibiotiklər bildiklərimizin tam əksinə, bakteriyaları yox etməyə, yaxud onların çoxalmasının qarşısını almağa kömək edir.

5. Yarasalar kordur.

Əslində: Yarasalar yerləri təsbit etmək üçün səslərinin əks-sədası ilə hərəkət edirlər. Ancaq gecələr müəyyən işıqlar olsa da, yuvalarından çıxırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.