Tesla Avropa bazarı ilə daha yaxından təmas qurmaq üçün Almaniyanın Qrunhayd şəhərində fabrik tikməyə qərar verib.
Milli.Az ted.az-a istinadən bildirir ki, markanın Avropadakı bazası olacaq nəhəng layihə üçün icazə alınmışdı. 2021-ci ilə qədər tikintini başa çatdırmağı planlaşdıran şirkət rəsmiləri işə başlamamış ciddi problemlə qarşılaşıblar.
Ərazidəki ağacların kəsilməsini istəməyən yerli əhali etirazlara start verib və hüquqi yollara əl atılıb. Frankfurt İnzibat Məhkəməsi sözügedən müraciətləri qəbul etməyib.
Teslanın mətbuat katibi Ketrin Şira isə açıqlamasında "Ağacların kəsilməsi planlı şəkildə davam etdirilir və ətraf mehit müdafiəçiləri gözə dəymirlər" ifadəsinə yer verib.
Qeyd edək ki, Brandenburq Əyaləti Ekologiya Nazirliyi Tesla-nın quracağı fabrik üçün ağacların kəsilməsinə icazə verdiklərini bəyan edib.
Verilən açıqlamada tikinti üçün lazımi icazələrin tamamlanmadığı, ancaq işin tempini sürətləndirmək üçün sözügedən qərarın verildiyi bildirilib. Bütün icazələrin alınmayacağı təqdirdə isə bölgənin ekosferasının bərpasının Tesla-nın üstünə düşdüyü, yenidən ağacların bərpa etməsinin lazım gəldiyi də qeyd olunub.
Ətraf mühit aktivistləri isə yaranan situasiyadan narahat olmuşdular. Bütün icazələrin alınmadığı halda ağaların kəsilməsinə başlayan Tesla-ya etiraz edən sakinlər Frankfurt İnzibati Məhkəməsinə müraciət etmişdilər. İddialara görə, bölgənin endemik quruluşu da məhv olmaqla üz-üzə qalıb.
Milli.Az