Maraqlı

“Google”un tərcümə xidməti jest dilini öyrənib

8 Fevral 2020 07:31
0 Şərh     Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Google"un tərcümə xidməti daima təkmilləşdirilir. Son yeniliklərdən biri ani səsli tərcümə olub. Xidmət artıq 100-dən çox dili dəstəkləsə də, amma indiyədək jest dilini başa düşmürdü. Bunun üçün axtarış nəhəngi əl hərəkətlərini danışığa çevirə bilən süni intellekt hazırlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, süni intellekt jestlərin interpretasiyası və onların danışığa çevrilməsi ilə məşğuldur. Bu, nitq problemi olanların jest dilini bilməyən başqa insanlarla ünsiyyət saxlamasını asanlaşdıracaq. "Google" sözügedən texnologiyanın işini adi smartfonda nümayiş etdirib.

Şirkətin mütəxəssisləri qeyd ediblər ki, bu texnologiya hələ ki qeyri-mükəmməldir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.