Ərş xəzinələrindən olan kəlmələr (mühüm bir dua)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İbn Fəhəd Hillinin məşhur "Uddətud-dai" kitabında mühüm bir hədis nəql olunur:
Vəhy mələyi Cəbrail (ə) Peyğəmbərin (s) hüzuruna gəlib deyir: "Allah-Taala sənin üçün hədiyyə göndərib. Bu, ərş xəzinələrindən olan kəlmələrdir. Allah Öz ərşini bu kəlmələrə görə əziz tutub." Sonra həmin kəlmələri oxumağa başlayır:
يَا مَنْ أَظْهَرَ الْجَمِيلَ وَسَتَرَ الْقَبِيحَ ، يَا مَنْ لَمْ يُؤَاخِذْ بَالْجَرِيرَةِ ، وَلَمْ يَهْتِكِ السِّتْرَ عَنِّي ، يَا عظیم الْعَفْوِ ، يَا حَسَنَ التَّجَاوُزِ ، يَا واسِعَ الْمَغْفِرَةِ ، وَيَا باسِطَ الْيَدَيْنِ بِالرَّحْمَةِ ، يَا صاحِبَ كُلِّ نَجْوَىٰ ، وَيَا مُنْتَهىٰ كُلِّ شَكْوَىٰ ، يَا كَرِيمَ الصَّفْحِ ، يَا عَظِيمَ الْمَنِّ ، يَا مُبْتَدِئاً بِالنِّعَمِ قَبْلَ اسْتِحْقَاقِهَا ، يَا رَبنا وَيَا سَيِّدنا ، وَيَا مَوْلَانا ، وَيَا غَايَةَ رَغْبَتِنا ، وَأَسْأَلُكَ یا الله أَنْ لَا تُشَوِّهَ خلقی بالنَّارِ.
"Ya mən əzhərəl-cəmilə və sətərəl-qəbihə, ya məl-ləm yuaxiz bil-cərirəti, və ləm yəhtikis-sitrə ənni, ya əziməl-əfvi, ya həsənət-təcavuzi, ya vasiəl-məğfirəti, və ya basitəl-yədəyni bir-rəhməti, ya sahibə kulli nəcva və ya muntəha kulli şəkva, ya kəriməs-səfhi, ya əziməl-mənni, ya mubtədiən bin-niəmi qəbləstihqaqiha, ya Rəbbəna və ya Səyyidəna, və ya Məvlana, və ya ğayətə rəğbətina, və əs`əlukə ya Allahu əl-la tuşəvvihə xəlqi bin-nari."
"Ey yaxşılıqları aşkarlayıb pisliklikləri örtən, ey günaha görə cəzalandırmayıb hörmət pərdəsini götürməyən, ey əfvi əzəmətli olan, ey məğfirəti geniş olan, ey iki qüdrət əli açıq olan, ey hər sirrin sahibi, ey şikayətlərin sonu, ey böyüklüklə bağışlayan, ey neməti əzəmətli olan, ey neməti istənilmədən əta edən, ey Rəbbimiz, ey Ağamız, ey Mövlamız, ey rəğbət və şövqümüzün sonu! Ey Allah, Səndən istəyirəm ki, vücudumu Cəhənnəm odu ilə çirkin surətə döndərməyəsən!"
Həzrət Peyğəmbər (s) Cəbrailə (ə) buyurdu: "Bu kəlmələrin savabı nədir?"
Cəbrail (ə) dedi: "Bu kəlmələrin savabından agahlığa güc çatmaz. Əgər yeddi göy və yeddi yerin mələkləri toplanıb Qiyamət gününədək bu duanın savabını vəsf etsələr, onun mində biri üçün yetərli olmaz:
"Ya mən əzhərəl-cəmilə və sətərəl-qəbihə" deyənin günahı örtülər, dünyada rəhmətə və axirətdə yaxşılığa çatar və dünya ilə axirətdə min pərdəyə bürünər.
"Ya mən ləm yuaxiz bil-cərirəti və ləm yəhtikis-sitrə ənni" deyəni Allah Qiyamətdə hesaba çəkməz və pərdələr götürülən gün onun pərdəsi qalar.
"Ya əziməl-əfv" deyənin günahları dəryaca da olsa belə bağışlanar.
"Ya həsənət-təcavuz" deyənin hətta böyük günahları belə əfv edilər.
"Ya vasiəl-məğfirəti" deyən Allahın rəhmətinə qərq olar.
"Ya basitəl-yədəyni bir-rəhməti" deyənə Allah rəhmətlə qüdrət əlini açar.
"Ya sahibə kulli nəcva və ya muntəha kulli şəkva" deyənə hər bir müsibətin savabı əta olunar.
"Ya əziməl-mənni" deyən bütün arzularına çatar.
"Ya mubtədiən bin-niəmi qəbləstihqaqiha" deyənə şükür edən bəndənin savabı verilər.
"Ya Rəbbəna və ya Səyyidəna" deyən haqqında Allah-Taala buyurar: "Ey mələklərim! Şahid olun ki, onu bağışladım..."
"Ya Məvlana" deyənin qəlbi imanla doldurular.
"Ya ğayətə rəğbətina" deyənə xalqın istəyincə əta olunar.
Milli.Az maide.az-a istinadən bildirir ki, bəndə "əs`əlukə ya Allahu ən la tuşəvvihə xəlqi bin-nari" dedikdə Allah buyurar: "Bəndəm oddan qurtuluş istədi. Ey mələklər, şahid olun ki, onu, ata-anasını, qardaşlarını, əhli-əyalını, qonşularını azad etdim. Onun min Cəhənnəm əhli ilə bağlı şəfaətini qəbul etdim və onları Cəhənnəmdən qurtardım."
Cəbrail (ə) dedi: "Ya Muhəmməd, bu sözləri təqva əhlinə öyrət, münafiqlərə yox! Bu duanı oxuyanın duası qəbuldur..."
Möhtərəm oxucular bu duadakı böyük savablara təəccüb etməməlidirlər; şünki Allahın rəhməti sonsuz, mükafatları tükənməzdir. ("Uddətud-dai", səh.239; "Kumeyl duasının şərhi", Ustad Hüseyn Ənsarian, səh.433-435.)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
XƏBƏR LENTİ
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq





