Maraqlı

Saçı nəmli yatanların DİQQƏTİNƏ!

26 Dekabr 2019 21:25
0 Şərh     Baxış: 2 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər yaş saçla yatmağın insan orqanizmi üçün zərərli olduğunu bildiriblər. Yaş saçla yatanda yastığa keçən rütubət zərərli bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.

Milli.Az medicina.az-a istinadən yaş saçla yatmağın zərərləri haqqında məlumatı təqdim edir:

-İlk növbədə bu kəpəyin əmələ gəlməsinə və artmasına səbəb olur. Məsələ burasındadır ki, kəpəyin əmələ gəlməsinə səbəb olan mikroskopik göbələk bir çoxlarımızın baş dərisində yaşayır. Saçlara düzgün baxım göbələyin artmasının qarşısını alır. Lakin nəm mühitdə göbələk tez çoxalmağa başlayır və bu da kəpəyin sürətlə artmasına gətirib çıxardır.

-Suyun təsirindən saçlar kövrək və zəif olur, tez qırılır, asan tökülür. Bu səbəbdən daim yaş saçla yatan insanın saçları cansız görünür, tökülür. Mütəxəssislər suyun təsirini azaltmaq üçün saçları yuduqdan sonra mümkün qədər tez qurutmağı tövsiyə edirlər.

-Nəm saçla yatmaq səhər boyun və baş ağrılarına səbəb ola bilər.

-Nəm saçla yatan insanın yastığı artıq suyu özünə hopdurur. Yastıqlarda mikroskopik gənələr yaşayır. Az miqdarda olanda bu gənələr sağlamlığımıza ziyan vurmur. Lakin nəm mühitdə onlar tez çoxalmağa başlayır. Bu gənələr allergiya və hətta astmanın inkişafına səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.