Maraqlı

16-düymlük Apple MacBook Pro öz dinamikləri ilə təəccübləndirəcək

14 Noyabr 2019 22:20
0 Şərh     Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın gələcəkdə Apple MacBook Pro-nun yeni 16 düymlü noutbukunun elan edilməsi gözlənilir. Əgər yeni şayiələrə inansaq, o 15 düymlük modeli əvəz edəcək və təxminən eyni qiymətə başa gələcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, noutbukun parametrləri barədə bəzi təfərrüatlar məlum olub. Mənbə iddia edir ki, yeniliyin ekranı, əslində mövcud modeldən cəmi 4% böyük olacaq, lakin göstərici əhəmiyyətli dərəcədə artmalıdır. Yenilikdə 3072x1920 piksel göstəricisi olan LG panelinin istifadə ediləcəyi deyilir.

Mənbə, həmçinin "təsirli dinamiklər" və aktiv səs-küy azaldılması texnologiyası haqqında danışır. Yeni qayçı tipli klaviatur haqqında isə artıq bir neçə dəfə məlumat verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.