Maraqlı

Hər axşam “Vaqiə” surəsini oxuyan yoxsulluq görməz

21 Sentyabr 2019 22:55
1 Şərh     Baxış: 1 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qiyamətə aid Quranda çox sayda surələr nazil olmuşdur ki, onlardan biri də "Vaqiə" surəsidir. "Həmin hadisənin (Qiyamətin) baş verəcəyi zaman. Onun baş verməsində yalan yoxdur və kiminsə onu yalan sayması layiq(li iş) deyil. Alçaldan və ucaldandır. (Yaradılış aləmini alt-üst edən, sonra küfr və itaətsizlik əhlini alçaldan, təqva və iman əhlini ucaldandır.) Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman!Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır". ("Vaqiə" 1-5).

Allah Təala Qurani-Kərimdə Qiyamətə müxtəlif adlar vermişdir. Bu, təxminən 70-ə yaxın adlardır. Bu adların bəzisini isə İmam Əli (ə) hər dəfə namaz qılandan sonra Kufə məscidində zikr edərdi. "Vaqiə" də Qiyamətin adlarından biridir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu dünyada baş verən hər bir mühüm hadisə mühüm inqilab və dəyişikliklər edər və onu vaqiə, yəni hadisə adlandırarlar. Amma heç bir gün Qiyamət günü kimi dəhşətli və vahiməli deyildir. Dünyada baş verən hər bir vaqiə Qiyamət qarşısında heç bir şeydir. Qiyamət günü dağlar xırda-xırda olacaqdır. Günəş yığılacaq və ulduzlar yerə enəcəkdir. Bu hadisəni Günəş və ya Ayın tutulması, zəlzələ və tufanla müqayisə etmək olarmı?

Qiyamət gələcəkdə baş verəcəkdir, onun olmasında şəkk olmağı üçün, sanki indi baş vermiş kimi bəyan edilir. Qiyamət - yəqin qəlbə malik olanlar üçün qəti bir hadisədir. İmam Hüseyn (ə) Bəni-Haşimə yazdığı məktubda buyurur: "Dünya sanki olmamışdır və axirət də sanki həmişə olmuşdur və aradan gedən deyildir".

Hər bir ağıllı insan bilir ki, bir gün var olan bir şey, nəhayət sona çatıb məhv olacaqdır. Bu dünya fani olduğu üçün bir gün onun da sonu gəlib çatacaqdır. Cavidan olan ancaq axirət dünyasıdır. Quran məad və behiştinə, cəhənnəminə aid minlərlə ayə bəyan etmişdi ki, insan ondan xəbərdar olub, bu dünyaya bel bağlamasın.

Abdullah ibni Məsud Həzrət Peyğəmbərin (s) səhabələrindən idi. O, xəstə yatağına düşür və Osman ibni Əffan onu görməyə gəlir. Osman ondan soruşur: "Şikayətin nədir?". Deyir: "Günahlarım". Soruşur: "Nə istəyirsən?". Deyir: "Rəbbimin rəhmətini". Soruşur: "Həkim çağırmırsan?". Deyir: "Həkim məni xəstə etdi". Soruşur: "Əmr edim sənə hədiyyələr versinlər?". Deyir: "O zaman ki, ona möhtac idim, mənə vermədin. İndi ki, ondan ehtiyacsızam, mənə əta edirsən?". Deyir: "Qızlarına ver". Abdullah deyir: "Onların ətaya ehtiyacı yoxdur. Çünki mən onlara əmr etmişəm ki, "Vaqiə" surəsini oxusunlar. Peyğəmbər (s) buyurub: "Hər kim hər axşam "Vaqiə" surəsini oxuyar, heç bir zaman yoxsulluq ona üz çevirməz"".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.