Maraqlı

Qadınla yatağa girdi, "gözlərini yum, sürprizim var" dedi, sonra... - QƏRİBƏ CİNAYƏT

6 Sentyabr 2019 16:54
3 Şərh     Baxış: 6 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Kent şəhərində qəribə cinayət hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə iki il əvvəl evlənən Laura və Şaun cütlüyünün evində gerçəkləşib.

Şaun səhər saatlarında cinsi əlaqəyə girdikdən sonra həyat yoldaşına bir sürprizi olduğunu və 10-dan geriyə saymasını istəyib. Laura həyat yoldaşından gələcək sürprizə həyəcanlanıb və onun dediklərini edib. Lakin səbrsizlənərək gözlərini açıb və gördüyü mənzərədən şoka düşüb. 34 yaşlı Şaun iki əlində bıçaqla Lauranın başı üzərində dayanıb. O, bir neçə gün əvvəl işdən qovulduğunu və kredit kartı borclarını ödəyə bilməyəcəyini bəhanə edərək özünü bıçaqlayacağını deyib. Lakin anidən qərarını dəyişdirib və bıçağı Lauranın boğazına dirəyib.

Qan içində qalan qadın qışqıraraq qonşularından yardım istəyib. Hadisə yerinə təcili tibbi yardım gəlib. Yaralı qadın xəstəxanaya, cinayətkar həyat yoldaşı isə polis bölməsinə aparılıb.

Müalicəsi bitdikdən sonra məhkəmədə ifadə verən qadın hadisə haqqında danışarkən göz yaşlarına hakim ola bilməyib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.