Maraqlı

Quran və peyğəmbərlər

22 İyun 2019 20:35
0 Şərh     Baxış: 1 175
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlahi peyğəmbərlərdən iyirmi altısının adı Qurani-Kərimdə qeyd edilmişdir. Qeyd edilmiş peyğəmbərlərin adları bunlardır: Adəm, Nuh, İdris, Saleh, Hud, İbrahim, İsmayıl, İshaq, Yusif, Lut, Yəqub, Musa, Harun, Şüeyb, Zəkəriyyə, Yəhya, İsa, Davud, Süleyman, İlyas, Əlyəsə, Zülkifl, Əyyub, Yunis, Üzeyr, Məhəmməd (Allahın salamı olsun onlara)

Milli.Az muselman.az-a istinadən bildirir ki, alimlər arasında adlar barədə müəyyən fərqlər vardır. Ən məşhur fikri yuxarıda qeyd etdik.

"Ənam" surəsinin 83-dən 86-ya qədər ayələrində on səkkiz peyğəmbərin adı çəkilmişdir.

Quran surələrinə adları verilmiş peyğəmbərlər bunlardır: İbrahim, Məhəmməd, Nuh, Hud, Yusif, Yunis (Allahın salamı olsun onlara).

"Ulul-əzm" peyğəmbərlərin adları Quranda neçə dəfə çəkilmişdir? Gəlin baxaq:

Qurani-Kərimdə Həzrət Nuhun adı 3, Həzrət İbrahimin adı 68, Həzrət Musanın adı 136, Həzrət İsanın adı 33, Həzrət Məhəmmədin (Allahın salamı olsun onlara) adı 5 dəfə çəkilmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.