Maraqlı

Ən geniş yayılmış kibertəhdidlər məlum olub

16 Fevral 2019 07:41
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnformasiya təhlükəsizliyinin təmini üzrə həllər istehsalçısı "Trend Micro" şirkəti 2018-ci il üzrə dünyada aşkar edilmiş kibertəhlükələr haqqında statistikanı dərc edib.
 
Şirkətin məlumatına görə, ötən il onun proqram təminatı 2,5 trilyondan çox sorğunu emal edib və elektron poçt, zərərverici fayllar və URL ünvanlar vasitəsilə yayılan təhlükələr daxil olmaqla təxminən 48 milyard hücumu bloklayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, fişinq hələ də ən geniş yayılmış kibertəhlükə hesab olunur. 2018-ci ildə bu tipli 41 milyard hücumun qarşısı alınıb, amma noyabr-dekabr ayları ərzində onların sayı 200 milyon azalıb. Kiberhücumların ən yüksək səviyyəsi (10 milyarddan çox) ABŞ-da qeydə alınıb. Çin və Braziliyada bu göstərici 2 milyardı ötüb, Hindistanda isə 1,5 milyard olub.
 
22 milyon spam hücumu çərçivəsində qeydə alınmış .XLS formatı ən geniş yayılmış zərərverici fayl bərkitməsi olub. Zərərverici proqram və ya hostinqlərə istinad edən bloklanmış URL ünvanların sayı 1 milyardı ötüb. Zərərverici URL ünvanlar üzrə Yaponiya (160 milyon bloklanmış hücum), ABŞ (155 milyon) və Tayvan (73 milyon) ilk pillələrdə qərarlaşıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.